Dünya bazarında neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti 28 iyun 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 72 dollardan aşağı düşüb.

Bu gün keçirilən ticarətlər zamanı "London ICE" birjasının məlumatlarına görə, noyabr fyuçerslərinin qiyməti bir barel üçün 71,34 dollar təşkil edib.

"WTI" markalı neftin qiyməti isə bir barel üçün 68 dollara düşüb. Hər iki neft markası gün ərzində bir faizdən çox dəyər itirib. Son iki ayda "Brent" markalı neftin qiyməti 15 dollardan çox aşağı düşüb.