Londonun ICE birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti avqustun 7-dən bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.

İqtisadiyyat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:16-a olan birja məlumatlarına əsasən, Brent markalı neftin bir barelinin qiyməti 1,67% azalaraq 75,91 dollar olub.

Bakı vaxtı ilə saat 21:35-də Brent fyuçerslərinin qiyməti enişini sürətləndirib və 75,87 dollara (-1,72%) ticarət edilib. Eyni zamanda, WTI markalı xam neftin oktyabr ayında tədarük üçün fyuçersləri 1,78% ucuzlaşaraq bir barel üçün 71,71 dollar olub.