Meksika körfəzindəki qasırğanın ABŞ-nin neft-qaz hasilatına təsir göstərməsi riskinin azalması neft qiymətlərinə təsir göstərib.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 26 sent və ya 0,3% ucuzlaşaraq 75,37 dollar olub.

"WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 35 sent və ya 0,5% artaraq 72,01 dollar olub.

 

Gözəl Həşimova