Qabriel Barboza diskvalifikasiya olunub. “Flamenqo”nun hücumçusu növbəti iki ildə futbol oynaya bilməyəcək.

İqtisadiyyat.az xəbər verir ki, vaxtilə “Benfika” və “İnter”də də oynamış hücumçu dopinq-testdən yayındığı üçün bu aqibətlə üzləşib. Braziliya klubunun 2020-ci ilin yanvarında milanlılardan 17 milyon avroya transfer etdiyi hücumçu test yoxlamalarının nəticəsini dəyişməyə, rəsmi şəxsləri aldatmağa çalışıb.

27 yaşlı forvardın cəzası aprelin 1-dən hesablanacaq. Bu müddətdə onun özünü müdafiə etmək üçün şansı olacaq. Onun ilin sonunadək müqavilə ilə məxsus olduğu “Flamenqo”nun hansı qərarı verəcəyi bilinmir