Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 45 min 323  nəfər olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 1 204 nəfər ölüb. Bununla ümumi ölüm sayı 112 304 min nəfərə yüksəlib. Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 501 975 yoluxma aşkar edilib.   

Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.report