Braziliya Prezidenti Luis İnasio Lula da Silva başından aldığı travmadan sonra ilk şəklini "X" sosial şəbəkəsində paylaşıb.
İqtisadiyyat.az xəbər verir ki, şəkildə Lula xüsusi müşaviri Selso Amorim və nazir Padilya ilə iş görüşü keçirərkən təsvir edilib.
O, paylaşımında daxili və beynəlxalq siyasi məsələləri müzakirə etdiklərini bildirib.
Lula da Silva San-Paulodan öz rezidensiyası "Alvorada" sarayına qayıtdıqdan sonra vanna otağında baş verən qəza nəticəsində başından xəsarət alıb. O, skamyaya oturarkən yıxılıb və nəticədə prezident başının arxa hissəsindən zədə alıb.
Başından aldığı zədəyə görə, Lula Kazanda keçiriləcək BRİCS sammitinə getməyəcək. Lakin tədbirə videobağlantı vasitəsilə qoşulacaq. Braziliyanı isə görüşdə xarici işlər naziri Mauro Vieyra təmsil edəcək.
Reunião de trabalho no Alvorada com o assessor especial Celso Amorim e o ministro @padilhando. Conversamos sobre a agenda política nacional e internacional para os próximos dias. 👍
— Lula (@LulaOficial) October 21, 2024
📸 @ricardostuckert pic.twitter.com/b1I4vtWiH3