Braziliya prezidenti Luiz İnasio Lula da Silva inkişaf etmiş ölkələri tənqid edib, onların iqlim dəyişikliyinin qarşısını almaq üçün tədbirlər görərək öz ticarət maraqlarını inkişaf etdirdiklərini söyləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Silva Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən BRİCS-in Biznes Şurasının iclasında deyib.

"Biz ətraf mühitin qorunması adı altında ayrı-seçkilik yaradan, ticarət maneələri quran yaşıl neokolonializmi qəbul etmirik", - Silva qeyd edib.

Onun sözlərinə görə, BRİCS-in beş üzvü daha ədalətli və proqnozlaşdırıla bilən xarici ticarət mexanizmini təmin edir.