Braziliya ordusunun baş qərargah rəisi general Culio Sezar de Arruda vəzifəsindən azad edilib.

Bu barədə Braziliya Prezidenti Lula da Silva qərar imzalayıb.

Bildirilib ki, general Konqresə basqın zamanı məsuliyyətsizlik edib.

Qeyd edək ki, Braziliyada ötən ilin sonunda keçirilən prezident seçkilərindən sonra iğtişaşlar davam edir.