Braziliya-Argentina matçından əvvəl Argentina himni səsləndirildikdən sonra insiden yaşanıb.

İqtisadiyyat.az xəbər verir ki, Braziliya polisi Argentina tribunalarına girərək azarkeşlərə sərt müdaxilə edib.

Qapıçı Emiliano Martinez tribunalara gedərək polisə reaksiya verib.

Hadisələrdən sonra Lionel Messi komandanı meydandan çıxarıb.

27 dəqiqə gec başlayan matçda Argentina Otamendinin qolu ilə 1:0 hesablı qələbə qazanıb.