İngiltərə Premyer Liqası komandası "Brayton" heyətini gənc futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "Brayton" "Nyukasl Yunayted" klubundan sağ cinah hücumçusu Yankuba Mintehi heyətinə qatıb.

19 yaşlı qambiyalı futbolçu üçün qarşı tərəfə 35 milyon avro ödənilib.

Qeyd edək ki, futbolçu ilə Türkiyənin "Beşiktaş" klubu da maraqlanırdı.