Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” aparıcı oyunçusu Brumanı itirib.

İqtisadiyyat.az xəbər verir ki, Portuqaliya təmsilçisinin yarımmüdafiəçisinin sağ dizində menisk yırtığı diaqnozu qoyulub.

O, gələn bazar ertəsi əməliyyat olunacaq. Cinah oyunçusunun 4-6 həftə meydanda olmayacağı gözlənilir.

Belədə, onun “Qarabağ”la matçlarda iştirak etməyəcəyi dəqiqləşib. “Qarabağ”ın “Braqa” ilə matçları fevralın 15-i və 22-də baş tutacaq