Böyük Britaniyanın neft-qaz şirkəti BP bu ilin üçüncü rübündə xalis mənfəətini təxminən 24 dəfə azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.
Məlumata görə, bu ilin iyul-sentyabr aylarında xalis mənfəət 4,86 milyard dollardan 206 milyon dollara enib.
Eyni zamanda, inventarların dəyişdirilməsi xərclərinə düzəliş edilmiş mənfəət keçən ilin eyni dövründəki 3,3 milyard dollardan 2,27 milyon dollara düşüb.
Sentyabrın sonunda şirkətin borcu 24,26 milyard dollar olub. Halbuki, ötən ilin eyni dövründə 22,32 milyard dollar olub.
Gözəl Həşimova