“Böyük futbolda vəziyyət bir az fərqlidir. İşi düzgün qurmamışıq”.

İqtisadiyyat.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

İdman sahəsində kifayət qədər nailiyyətlərin olduğunu bildirən Fərid Qayıbov əlavə edib ki, istəyimiz komandalarımızın da nəticələr əldə etməsidir.