Analitiklər Böyük Britaniyada sosial vəziyyətin getdikcə çətinləşəcəyini proqnozlaşdırır.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Böyük Britaniyada işsizlik aprel-iyun dövründə 0,3 faiz artaraq 4,2 faiz təşkil edib. Ölkədə məşğulluq səviyyəsi ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalaraq 75,7 faiz təşkil edib.

Analitiklərə görə, bu göstəricilər Böyük Britaniyada inflyasiya gözləntisini artırır. 

Gülşən Şərif