İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın vitse-premyeri Nik Klegq BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
Klegq vurğulayıb ki, beynəlxalq ictimaiyyət Suriya böhranının siyasi həlli yollarını axtararkən, ölkə əhalisinin dəstəyə ehtiyacı var. O, humanitar yardım sahəsində ciddi çatışmazlıqların olduğunu qeyd edərək, digər ölkələri də aktiv kömək göstərməyə çağırıb.
Yeni yardımla birlikdə, Böyük Britaniyanın Suriyaya ayırdığı ümumi humanitar yardımın məbləği təxminən 4,8 milyard dollara çatacaq.