2023-cü ilin oktyabrından etibarən Böyük Britaniya kriptovalyuta məhsulları üzrə ticarət qaydalarını sərtləşdirəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Davranışı Təşkilatı (FCA) açıqlama verib. 

Açıqlamaya görə, yeni qaydalar bütün kripto məhsullarına şamil ediləcək. Yalnız dəyişməyən tokenlər (NFT) yeni tənzimləmədən azad ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kriptovalyuta "Binance" və "Coinbase"ə qarşı müxtəlif tədbirlər görüb. Həmçinin Avropa İttifaqı (Aİ)  kripto sektoru üçün tənzimləmə paketini təsdiqləyib.