Böyük Britaniya Kralı III Çarlzın Fransaya səfəri təxirə salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu qərar Fransa Prezidenti Emmanuel Makronun xahişindən sonra alınıb.

Fransanın Yelisey Sarayı bu qərarın pensiya yaşının artırılmasına görə keçirilən etirazlar səbəbindən verildiyini bildirib.

Qeyd edək ki, Britaniya Kralının Paris və Bordoya səfəri bazar günü başlamalı idi.