Böyük Britaniya hökuməti ölkənin milli təhlükəsizliyinə xələl gətirə biləcəyindən narahat olduğu üçün  Çin şirkəti tərəfindən ən böyük mikroçip fabrikinin satın alınmasına maneə yaradıb.

Biznes, energetika və sənaye strategiyası naziri Qrant Şapps çərşənbə günü Hollandiyanın çip istehsalçısı Nexperia-ya 63 milyon funta (75 milyon dollar) aldığı Uelsdəki yarımkeçirici şirkəti olan Newport Wafer Fab-dakı əksər payını satmaq göstərişini verib.

"Biz iqtisadi artımı və iş yerlərini dəstəkləyən xarici ticarəti və investisiyaları alqışlayırıq. Lakin milli təhlükəsizlik üçün riski müəyyən etdikdə qətiyyətlə hərəkət edirik", - deyə Şapps tvitter hesabında yazıb.

Nexperia-nın Böyük Britaniya üzrə meneceri Toni Versluijs qərarı doğru saymadığını və şirkətin apellyasiya şikayəti verməyi planlaşdırdığını bildirib. Menecer qeyd edib ki, "Biz həqiqətən şokdayıq. Qərar səhvdir və biz Nyuportda 500-dən çox işçini qorumaq məqsədilə bu qərarın ləğvi üçün müvafiq yerlərə müraciətlər edəcəyik".

Qeyd edək ki, Nexperia şirkəti Hollandiyada yerləşir, lakin Wingtech-ə məxsusdur. Şanxayda ticarət edilən qismən Çin dövləti tərəfindən dəstəklənən Nexperia şirkəti 2021-ci ildə Newport Wafer Fab-ın satın alınması prosesini tamamlayıb və şirkət adını Nexperia Newport Limited (NNL) olaraq dəyişib.

Nexperia əvvəlcə Newport Wafer Fab-ın 14 faizinə sahib idi, lakin 2021-ci ilin iyulundan payını 100 faizə qədər artırdı.