Boris Conson Britaniyanı Ukraynanı qırıcı təyyarələr ilə təmin edən ilk ölkə olmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, Britaniyanın keçmiş baş naziri Boris Conson “Sky News“a müsahibə verib.

O, müsahibəsində qeyd edib ki, Çin Rusiyanı silahla təmin edərsə tarixi səhvə yol vermiş olacaq. Boris Conson həmçinin Britaniyanı Ukraynanı qırıcı təyyarələr ilə təmin edən ilk ölkə olmağa çağırıb.

Boris Conson deyib ki, Britaniya əlindən gələn sursatları tədarük etməyə davam etməli, daha çox sursat istehsal etməlidir