"Ukraynadakı münaqişənin nəticəsi yaxın aylarda həll oluna bilər, ona görə də Brüssel Kiyevə daha çox dəstək verməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borell bildirib.

"Ukraynanın müqavimət göstərməsini istəyiriksə, ona daha çox və daha tez kömək etməliyik", - deyə o, İspaniyanın "El Pais" qəzetinə müsahibəsində bildirib.

"Müharibənin nəticəsi yaxın aylarda yekunlaşa bilər. Müqavimət göstərmək lazımdır", - dipomat əlavə edib. 

ABŞ prezidenti seçilmək üçün yenidən namizədliyini irəli sürən Donald Trampın bəyanatlarından danışan Borell qeyd edib: "Onun Rusiyaya onun şərtlərinə əməl etməyən ölkələrə hücum etməyi təklif etməsi dəhşətlidir".