Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel qitə ölkələrini Almaniyaya qoşulmağa və Ukraynaya əsas döyüş tanklarının göndərilməsində iştirak etməyə çağırıb.

Bu barədə o, “Phoenix” telekanalının efirində bildirib.

“Ölkələr mümkün qədər tez bir zamanda çox tank verməlidirlər”, - J.Borel “Die Welt” qəzetinin Niderland və Danimarkanın Ukraynaya “Leopard 2” tanklarının tədarükündə iştirak etməyəcəkləri ilə bağlı xəbərinə münasibət bildirərkən deyib.

“Bilirəm ki, Aİ ordularında yüzlərlə tank var, onların bəzilərinin təmirə ehtiyacı var, amma elədirsə belə, təmiri ən tez etməlisiniz, çünki yazda artıq çox gec olacaq.”, - o bildirib.