Ölkədə bir çox şəxs işlədiyi şirkətdə, müxtəlif qurumlarda əməkhaqqı ilə bağlı qanunvericilik məsələlərində adətən məlumatsız olur. Hansı hallarda əməkhaqqı tutula bilər? Ən əsası isə nə qədər tutulma mümkündür? Bu məsələlər işçi və işəgötürən arasında bəzən mübahisələrə də səbəb olur. Əmək məsələləri üzrə ekspert Nihat Əliyevin sözlərinə görə, əməkhaqqından tutulma 3 halda mümkündür:

1. İşəgötürənin əmri ilə

2. İşçinin razılığı əsasında

3. İcra sənədləri

Nihat Əliyev bildirir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əsasən işçinin ay üzrə hesablanmış maaşından 100 faizlik tutulma halı aparıla bilməz:

“İşçinin əməkhaqqından 50, bir sıra hallarda isə 70 faizə qədər tutulma ola bilər. 70 faizə qədər tutulma halları isə bunlardır:

-         Alimentlər

-         İslah işləri

-         Cinayət tərkibli əməllər

-         Sağlamlığa vurulmuş zərərin qarşılanması.”

Ekspert bildirib ki, əks halda işçinin  hesablanmış əməkhaqqısından 50 faizdən artıq tutulma qanunla mümkün deyil.