İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 27-də keçirilməsi nəzərdə tutulub.

Yığıncağın gündəliyinə şirkətin ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə aid hesabatın müzakirəsi və təsdiqi, şirkətin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması, yeni maliyyə mənbələrinin cəlb edilməsi və digər məsələlər daxil edilib.

Qeyd edək ki, “İnşaat Konstruksiyaları Zavodu” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 370 930 manatdır. Zavodun rəhbəri Əliyev Rahib Rəhim oğludur.

Məlumat üçün bildirək ki, zavodun dövlət qarşısında cüzi vergi borcu da yaranıb və bu borcun miqdarı 1673 manat təşkil edir.