"Boltcenter" MMC-yə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən protokol tərtib olunub.

Həmin maddədə deyilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Məhkəmə işi hakim Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "Boltcenter" tikinti-inşaat ləvazimatlarının istehsalını və satışını həyata keçirən şirkət olaraq 2015-ci ildən fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Qəribov Ziya Ərəstün oğludur.