Bolqarıstanın əlavə koronavirus vaksinlərinə ehtiyacı yoxdur və Avropa Komissiyasından onların tədarükü ilə bağlı müqavilələrə xitam verməyi tələb edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə səhiyyə naziri Asen Mecidiyev  məlumat verib.

Mecidiyev bildirib ki, Bolqarıstanda ötən il 2,3 milyon doza peyvənd zay olub. 2023-cü ildə isə daha 2,8 milyon dozanı zay etmək məcburiyyətində qalacaq.