Aviasiya nəhəngi “Boeing” 346 nəfərin ölümü ilə nəticələnən iki təyyarə qəzası ilə bağlı iddialara məhkəmədə cavab verəcək.

Sözügedən qəzaların 737 Max tipli təyyarənin uçuş idarəetmə sistemlərindəki qüsurlardan qaynaqlandığı müəyyən edilib.

Belə ki, hər iki qəza təyyarələrdə hündürlük bucağını tənzimləyən sensorlar arasında məlumatların uyğunsuzluğu səbəbindən baş verib.

Sistemlə bağlı məlumatı açıqlamadığını bildirən şirkət 2,5 milyard dollarlıq ödənişlə güzəştə gedib.

Efiopiya və İndoneziyada baş verən qəzalarda həyatını itirənlərin yaxınları ABŞ məhkəməsində “Boeing” nümayəndələri ilə üz-üzə gələcək.

Bu, şirkətin iki qəzaya görə məhkəmədə rəsmi ittiham irəli sürdüyü ilk hadisədir.