Kredit borcların qaytarılması üzrə xidmətlər göstərən “BOA Agency” Açıq Səhmdar Cəmiyyətinin səhmdarların növbədənkənar ümumi yığıncağının iclası keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq oktyabrın 7-nə təyin olunub.
İclasda ASC-nin maliyyə göstəricilərinin müzakirəsi aparılacaq, dividend məsələsinə baxılacaq. Eləcə də “Xalq Bank” ASC ilə kredit müqaviləsinin təsdiqi müzakirə olunacaq.
Qeyd edək ki, “BOA Agentliyi” MMC 2011-ci ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir.