BMW Qrupunun Çindəki birgə şirkəti 14 noyabrda yeni akkumulyator istehsalı layihəsinə 10 milyard yuan (təxminən 1,4 milyard ABŞ dolları) sərmayə qoyacaq.
İqtisadiyyat.az xəbər verir ki, layihənin imzalanma mərasimi cümə günü keçirilib. İmzalanmış müqavilə ilə şirkət istehsal bazasında akkumulyator istehsalı gücünü genişləndirəcək.
Qeyd edək ki, Shenyang BMW Qrupu dünya üzrə ən böyük istehsal bazasıdır. Qrupun Çindəki ümumi işçilərinin sayı 28 mini keçib.

Məhəbbət Məmmədov