Bu il Ukraynadakı müharibədən zərər çəkənlərə və ukraynalı qaçqınlara dəstək üçün ümumilikdə 4,2 milyard dollar yardım ayrılmalıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi məlumat yayıb.

Məlumata görə, gələn ay Rusiya ilə Ukrayna arasındakı müharibənin artıq 3-cü ilidir. Bu vəziyyət ölümlərə, ümidsizliyə və qaçqın axınına səbəb olur.

Bildirilib ki, Ukraynada 10 milyondan çox insan müharibə səbəbilə ev-eşiyindən didərgin düşüb.

Qeyd edək ki, BMT Ukraynaya yardım məqsədilə bu il 10,8 milyon insanı dəstəkləməyi hədəfləyir.

Gözəl Həşimova