BMT Təhlükəsizlik Şurası zəlzələdən sonra Suriyaya humanitar yardımla bağlı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının yenilənmiş iş proqramında deyilir.

Görüşdə Türkiyə ilə Suriya arasında sərhəddə əlavə keçid məntəqələrinin açılması müzakirə olunacaq. Bab əl-Havada indiki keçid məntəqəsindən əlavə, azı bir və ya daha iki keçid məntəqəsinin açılması təklif edilir.