Birləşmiş Millətlər Təşkilatı taxıl müqaviləsinin uzadılmasını mümkün hesab edir.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) nümayəndələri bildiriblər.

Əlavə edək ki, beynəlxalq bazarlara qida və gübrələrin tədarükü ilə bağlı Qara Dəniz Taxıl Təşəbbüsü daha əvvəl iyulun 17-dək uzadılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müqavilənin uzadılmayacağı barədə xəbərdarlıq edib. Nazir bildirib ki, indiyədək sövdələşmə yalnız Ukrayna ərzaq məhsullarının ixracı baxımından həyata keçirilib.