Qırmızı dənizdəki hücumlar səbəbilə Süveyş kanalından həftəlik keçidlər son iki ayda 42% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) məlumat açıqlayıb.

Məlumata görə, dünyanın mühüm ticarət yollarına təsir edən geosiyasi gərginlik və iqlim dəyişikliyi səbəbilə qlobal ticarətdə durğunluq artıb.

Açıqlamada, dənizçilik sənayesinin əsas şirkətlərinin Qırmızı dənizdəki böhrana cavab olaraq "Süveyş" tranzitlərini müvəqqəti olaraq dayandırdıqları xatırladılıb və həftəlik konteyner gəmisi tranzitləri 67% azalıb.

 

Gözəl Həşimova