Qlobal iqtisadi artım artıq zəifləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə UNCTAD-ın ( Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı) qloballaşma və inkişaf strategiyaları şöbəsinin direktoru Riçard Kozul-Rayt bildirib.

Onun sözlərinə görə, qurum bu il qlobal iqtisadi artımın 2,4%, 2024-cü ildə isə 2,5% təşkil edəcəyini gözləyir. Bildirilib ki, ABŞ iqtisadiyyatı inkişaf etməkdə olan iqtisadiyyatlarla müqayisədə daha əlverişli mövqedə olmağa davam edəcək.

 

Gözəl Həşimova