Qəzzaya humanitar yardım əməliyyatı mümkün qədər tez bərpa edilməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Məlumata görə, yanacaq da daxil olmaqla humanitar yardımların ən qısa zamanda Qəzza zolağına yenidən göndərilməsi lazımdır.

Bildirilib ki, humanitar fasilə bitdikdən sonra yardımların bölgəyə girməsinə icazə verilməməsi narahatlıq yaradır.

 

Gözəl Həşimova