BMT -nin əməkdaşları Ukraynanın Soledar şəhərinə su, qida və dərman da daxil olmaqla humanitar yardım aparıblar. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Təşkilatının mətbuat katibinin müavini Fərhan Haq məlumat verib. 

Təşkilat üzvləri Soledardan 5 kilometr aralıda yaşayanlara yardım paylayacaqlar.  

Yardım 800-dən çox insan üçün nəzərdə tutulub.