BMT-nin Baş katibi Antonio Quterreş sentyabrda keçiriləcək bir sıra yüksək səviyyəli tədbirlərdə, o cümlədən 9-11 sentyabrda Yeni Dehlidə keçiriləcək İyirmilik Qrupunun (G20) sammitində iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Quterreş jurnalistlərə deyib.

"Baş Assambleyanın Yüksək Səviyyəli həftəsinə hazırlıqlar intensivləşdikcə, mən Keniyada Afrika İqlim Sammitinə, İndoneziyada ASEAN-BMT Sammitinə, Hindistanda G20 Sammitinə və Çində keçiriləcək sammitə səfər edəcəyəm", - Quterreş bildirib.

"Zirvə görüşlərinin çoxluğu dünyamızın artan çoxqütblülüyünü əks etdirir", - Quterreş qeyd edib və beynəlxalq institutlarda islahatların aparılmasının zəruriliyini vurğulayıb.