"Güc nümayişi əvəzinə, bütün səylər İraqın daha geniş bir münaqişəyə cəlb edilməsinin qarşısını almağa yönəlməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-İran gərginliyi fonunda məsələ ilə bağlı deyib.

Belə ki, İraqdakı hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.

Burada üzv ölkələri məlumatlandıran BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jeanine Hennis-Plasschaert, Qəzzadakı vəziyyət və başqa yerlərdəki hərbi fəaliyyətlər səbəbindən həm ümumilikdə Yaxın Şərqin, həm də İraqın "kritik döngədə" olduğuna diqqət çəkib.

Digər tərəfdən hücumların davam etdiyini qeyd edən Hennis-Plasschaert bildirib: "Hücumlar davam edərsə, İraqın xüsusilə son 18 ayda əziyyətlə əldə etdiyi sabitlik təhlükə altında olacaq".