İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.
"Quraqlıqla mübarizə üçün təbiətə əsaslanan həllərə investisiya qoyuluşu tələb olunur. 2025-2030-cu illər arasında səhralaşma, torpaqların deqradasiyası və quraqlıqla mübarizə üçün dünyanın hər gün 1 milyard ABŞ dollarına ehtiyacı var.
İlk növbədə insanların ətraf mühitin məhv etməsi nəticəsində yaranan quraqlıq 2025-ci ilə qədər dünyada hər dörd nəfərdən üçünə və ya dünya əhalisinin 75%-nə təsir edəcək. Həyatları və dolanışıq vasitələrini qorumaq üçün ölkələr torpaqların bərpasına investisiyaları əhəmiyyətli dərəcədə artırmalıdır", - məlumatda deyilir.
Gözəl Həşimova