BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkır bu gün Azərbaycana gəlir.

Bu barədə BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma deyib. Onun sözlərinə görə, Volkan Bozkır bu gecə Bakıya gələcək.

O, Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Səfər aprelin 9-da başa çatacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının Prezidenti daha öncə Türkiyə və Qətərə səfər edib.