İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
Dekabrın 2-də, 46 yaşlı Kassandra Beyker axşam saatlarında uşaqları ilə gəzintiyə çıxıb. Gəzinti zamanı o, Facebook-da canlı yayım başladıb və xeyriyyə təşkilatı "Women's Aid" üçün ianə toplamağa çalışıb.
Beyker cənub-şərqi Londonda zəif işıqlandırılmış küçədə hərəkət edərkən izləyiciləri ilə axşam planları haqqında danışıb. Ona naməlum bir şəxs yaxınlaşıb və qadının telefonunu əlindən alaraq velosipedi ilə hadisə yerindən uzaqlaşıb.
Zərərçəkmiş bildirib ki, hadisəni iki nəfər velosipedçi törədib. Beyker daha sonra izləyicilərindən oğrunu tanımağa kömək etmələrini xahiş edib. London polisi hadisə ilə bağlı araşdırma aparır.