ABŞ-nin dövlət katibi Antoni Blinken almaniyalı həmkarı Annalena Berbokla Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ətrafında fikir mübadiləsi aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə amerikalı diplomat sosial şəbəkədə yazıb.

“Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşərək Ukraynaya dəstək, Qəzza zolağında atəşkəsin təmin edilməsi və Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsində irəliləyişi müzakirə etdik”, – ABŞ-nin baş diplomatı qeyd edib