"Rusiyanın müəyyən sayda Afrika ölkələrinə təmənnasız taxıl tədarükü onun dəyər artımını dayandırmayacaq və ərzaq bazarındakı vəziyyəti dəyişməyəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Onun sözlərinə görə, Rusiyanın təklifi okeanda bir damladır və qiymət artımı problemini həll etmir:

"Rusiya 5-6 ölkəyə 50 min ton taxıl göndərmək ideyası ilə çıxış edib. Taxıl müqaviləsi çərçivəsində ixrac edilən 20 milyon tona qarşı Rusiyanın təklif etdiyi 50 min ton müqayisə olunmazdır. Bu, qiymət artımının qarşısını almayacaq və milyonlarla ton taxılın bazardan çıxarılması faktını dəyişdirməyəcək".

 

Gözəl Həşimova