ABŞ dövlət katibi Qüdsdəki sinaqoq hücumundan və İsrailin fələstinlilərin ölümünə səbəb olan əməliyyatlarından sonra Misir-İsrail-Fələstində səfərdədir.

İqtisadiyyat.az xəbər verir ki, Blinken Təl-Əvivdə deyib: "Biz dinc əhalinin həyatına son qoyan terror aktlarını qeyd edənləri qınayırıq. Daha çox günahsız qurbanlar üçün qisas almaq çağırışları cavab deyil".


ABŞ və müttəfiqləri Ukraynada Rusiyaya qarşı proksi müharibəni qızışdırarkən, digər tərəfdən Benyamin Netanyahunun baş nazir postuna qayıdıb indiyə qədər ən ifrat sağçı hökuməti qurduğu İsrail Fələstinlə qan gölünü dərinləşdirir və İrandakı hərbi obyektə edilən hücuma görə məsuliyyət daşıyır.

Misirdən sonra İsrail və Fələstin rəhbərliyini ziyarət edən Blinken həm Qahirədə, həm də Tel-Əvivdə gərginliyin azaldılması üçün addımların atılmasına çağırıb.