ABŞ hakimiyyəti mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü vasitəsilə Avstriya və digər Avropa ölkələrinə Rusiyadan enerji ehtiyatlarından imtina etməyə kömək etmək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə Vyanada keçirdiyi birgə mətbuat konfransında deyib.

"Müxtəlif ölkələrin Rusiya ilə onilliklər ərzində qurulmuş enerji sektorunda fərqli münasibətləri var. Ona görə də bunu bir anda dəyişmək həmişə asan olmur", - o bildirib. 

Amerikanın xarici siyasət departamentinin rəhbərinin sözlərinə görə, Avstriya bu istiqamətdə çox mühüm addımlar atıb və atmaqdadır: "ABŞ Avropadakı bir çox tərəfdaşla etdiyimiz kimi kömək etmək istəyir".

"MAQATE-də konkret olaraq Avstriyada deyil, ümumilikdə müzakirə etdiyimiz məsələlərdən biri odur ki, hazırda nüvə enerjisi, o cümlədən kiçik modul reaktorlar və əhəmiyyətli fərq yarada biləcək digər texnologiyalar üçün imkanlar var", - Blinken bildirib.