"Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyi artırmağa çalışmır, lakin Amerika hərbçilərinə qarşı hücumlara cavab verəcək". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Dohada Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə birgə mətbuat konfransında deyib.

"Biz açıq şəkildə bildirdik ki, münaqişənin genişlənməsini istəmirik, eskalasiyanı istəmirik. Amma onu da açıqladıq ki, hərbi qulluqçularımız təhdid edilərsə, onlara hücum edilərsə, cavab verəcəyik, onları qoruyacaq", - Blinken qeyd edib.

Onun sözlərinə görə, ABŞ qəddarlığa cavab verir, qəddarlıq etmir: "Biz eskalasiyanın qarşısını almağa çalışırıq, onu təhrik etmirik".