"Markit" araşdırma mərkəzinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, xidmət sektorunda biznes aktivliyini ölçən indeks mart ayında 26.4 punkta düşüb.
Fins.az xəbər verir ki, mütəxəssislər isə indeksin 52.6 punktdan yalnız 28.4 punkta düşəcəyini proqnozlaşdırırdılar. Biznes fəaliyyəti indeksi (PMI) müvafiq sektorunda fəaliyyət göstərən menecerlərin aktivlik səviyyəsini ölçür. 50-dən yuxarı olan göstərici istehsalın artımı haqqında, 50-dən aşağı olan göstərici isə azalma haqqında işarədir. İndeks ölkədə iqtisadi rifahının ölçülməsi üçün istifadə edilir. İndeks 5 əsas subindeks əsasında hesablanır: Sifariş (30%), İstehsal (25%), Məşğulluq (20%), Təchizat qəbulu (15%) und Anbarda qalıq (10%).