Məşhur "Bizim Market"lər şəbəkəsinə yeni direktor təyinatı olub. 

İqtisadiyyat.az-ın verdiyi məlumata görə bu vəzifəyə Ramin Şirinov təyin edilib. R. Şirinov bundan əvvəl şirkətdə "Bizim Market"lər şəbəkəsinin qeyri - qida qolu olan "Novas Home"un icraçı direktoru vəzifəsini icra edib. 

Qeyd edək ki, R. Şirinov bu vaxta qədər ölkənin bir çox şirkətlərində aparıcı vəzifələrdə çalışıb.