"Ukrayna tərəfi Rusiya prezidenti Vladimir Putinə etibar etmir və buna görə də onun iştirakı ilə danışıqlara razı olmayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Corriere della Sera"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün üçüncü tərəf danışıqlara cəlb oluna bilər: "Problemi həll etmək üçün başqa diplomatik yollar da var. Biz heç vaxt Putinlə Zelenskini bir masa arxasında görə bilməyəcəyik. Çünki, Ukrayna Rusiya ilə sülh danışıqları aparmağa hazırdır, lakin Vladimir Putinlə deyil".

 

Gözəl Həşimova