İqtisadiyyat.az "Binance" platformasına istinadən xəbər verir ki, ticarət zamanı aparıcı kriptovalyutanın dəyərində sürətli artım müşahidə olunub.
Bundan öncə, ABŞ Prezidenti Donald Trampın strateji kriptovalyuta ehtiyatı yaratmaq barədə fərman imzalaması fonunda Bitkoinin qiyməti 85,7 min dollara qədər enmişdi. Lakin investorların bazara güvəninin artması və tələb-təklif balansının dəyişməsi nəticəsində Bitkoin qısa müddətdə rekord həddə çatıb.