Avropa və ABŞ-da birjaların açılması ilə ən iri kriptovalyuta Bitkoin yenidən 8% ucuzlaşaraq, 29,6 min dollara düşüb.

Bu, son bir neçə gündə qiymətdə ən kəskin azalmadır.

Bugünkü nəticə ilə Bitkoin cari ilin aprelində qazandığı ən yüksək dəyərinin - 64 min dolların yarısından da çox - 54% düşüb. Digər kriptovalyutalardan Ether 8%, Dogecoin 16% ucuzlaşıb.